Əli Həsənov prezidentin tapşırığı ilə Türkiyədə səfərdədir

Əli Həsənov prezidentin tapşırığı ilə Türkiyədə səfərdədir


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. GUNDEMİNFO.AZ yazır ki, bu barədə AZƏRTAC xəbər verir.

Xəbərə əsasən Əli Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib. Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəyə dəstək verir, öz ərazisində Fətullah Gülən şəbəkəsi ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirir. Ehtimal ki,Əli Həsənovun Türkiyəyə ezam edilməsi həm də bu sahədə birgə fəaliyyətə dair müzakirələr aparmaqdır. Əli Həsənovun Türkiyədə başqa görüşləri də gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...