“Eldar Namazova gəlincə anladım ki...”

“Eldar Namazova gəlincə anladım ki...”


“Mənim sahəm kinorejissorluq, ssenari yazmaqdır. Təəssüf ki, Azərbaycanda bu məsələdə siyasi və ictimai fəaliyyətim önə çəkilir. Buna görə də bu sahədə iş tapmaq imkanları reallaşmır”. Bunu Modern.az-a açıqlamasında tanınmış ssenarist və kinorejissor, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

O, kino sahəsinə, çox həvəssiz olduğunu da bildirib.

“Əgər kino istehsalata buraxılmırsa, həm aktyor heyəti, həm rejissor heyəti ilə iş birliyimiz alınmır. Kinonun başlanğıcı ssenaridir ki, onu da həyata keçirmək mümkün olmur. Düzü, siyasi və ictimai fəaliyyətim səbəbindən qarşıya çəkilən sədd əlimi-qolumu işdən soyudub”.

Eldəniz Quliyev, Rüstəm İbrahimbəyov və Eldar Namazovla əlaqələrindən də söz açıb.
“Rüstəm İbrahimbəyovla arabir telefon danışıqlarımız olur. Qardaşının dəfninə qatılmaq üçün Bakıya gələndə də görüşmüşdük. Hal-hazırda Amerikadadır.

Eldar Namazova gəlincə, onunla sonuncu dəfə danışarkən anladım ki, səhhətində ümumi bir problemi var. Çox güman ki, siyasi fəaliyyətini də səhhətinə görə dondurmalı olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...