Saakaşvili: “Rusiya artıq Suriyada ABŞ-la müharibə vəziyyətindədir”

Saakaşvili: “Rusiya artıq Suriyada ABŞ-la müharibə vəziyyətindədir”


Rusiya özünün KİV-ləri vasitəsilə böyük müharibə hazırlığı haqqında mesajlar verəndə yalan danışmır.

Axar.az xəbər verir ki, bunu ZİK televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya həqiqətən müharibəyə hazırlaşır:

“Şimali Koreyada Rusiyadan daha çox intizam var. Şimali koreyalılar müharibənin astanasında necə dayanmağı bilirlər. Yaxına gəlirlər və dayanırlar. Ona görə ki, onlar bunun sui-qəsd olduğunu bilirlər. Mən əminəm ki, Putin də bunu bilir. Əgər Rusiya təbliğatına baxsaq, onların həqiqətən müharibəyə hazırlaşdığını görə bilərik. Putin hər dəfə beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlamaq üçün qırmızı xətti keçir. Belə qırmızı xətlər 2008-ci il Gürcüstan müharibəsi və Ukrayna böhranı idi. Suriya isə onun üçün son addım ola bilər. Bu, ABŞ-la müharibəyə hazırlaşmaq deməkdir. Rusiya artıq Suriyada ABŞ-la müharibə vəziyyətindədir və elə hesab edir ki, ona qalib gəlir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...