“Ərdoğan istədiyini əldə etdi” – “The Economist” jurnalı

“Ərdoğan istədiyini əldə etdi” –


İngiltərənin “The Economist” jurnalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yazıb.

Milli.az Milliyet-ə istinadən bildirir ki, həftəlik dərc olunan jurnalın son sayında Ərdoğanın İraq və Suriya siyasəti qiymətləndirilib.
Yazıdan bəzi sətirləri təqdim edirik: “Suriyanın sərhəd qəsəbəsi Cerablusun, türk tanklarının dəstəyi ilə irəliləyən suriyalı müxaliflər tərəfindən İŞİD-dən azad edilməsindən iki ay keçdi. Cerablusda həyat yavaş-yavaş öz axarına düşür. Məktəblər yenidən açıldı, bölgəyə humanitar yardım gətirilməyə başlanıldı. Qonşu kəndlərdən minlərlə adam, Türkiyədən də 7 min 700 qaçqın Cerablusa qayıtdı. Doqquz uşaq anası Əminə Hardan “Nəhayət, kifayət qədər yeməyimiz var” deyir.

“Economist”in bu yazısında xüsusi ilə “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan illərcə Qərb müttəfiqlərinə səsləndi və Suriyanın şimalında bir bufer zona yaradılması üçün kömək istədi. Ərdoğan artıq istədiyini əldə edib. Türk hərbiçiləri suriyalı müttəfiqləri ilə Cerablusdan Azez-ə qədər uzanan əraziyə nəzarət edir. Ərdoğan bir daşla iki quş vurdu. İŞİD militanlarını sərhəddən kifayət qədər uzaqlaşdırıb. Eyni zamanda da, Suriyadakı YPG-nin şərq və qərb kantonlarının birləşməsinin qabağını kəsdi. Türkiyə və müxalif qüvvələr bundan sonra daha da cənuba doğru irəliləməyi planlaşdırır” şərhlərinə yer verilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...