ABŞ-da seçki məntəqələri açıldı - Polis səfərbər edildi

ABŞ-da seçki məntəqələri açıldı -


ABŞ-da prezident seçkilərində səs vermək üçün ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla saat 5:00-da açılıb.

AzVision.az xəbər verir ki, digər şərq ştatlarında ABŞ vaxtilə saat 6:00-da səsvermə məntəqələri Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York, İndiana, Kentukki, Virciniya və digər ştatlarda açılacaq. ABŞ-da seçki günü hər iki prezidentliyə namizədin olduğu Nyu-York şəhərininin təhlükəsizliyini təxminən 5 min polis qoruyur.

Anti-terror bölmələri təhlükəsizliyin qorunmasına cəlb olunub. Eyni zamanda seçki məntəqələrində vətəndaşların kütləvi toplaşdıqları yerlərdə və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, 120 milyondan çox amerikalının iştirak edəcəyi səsvermədə Demokratlar Partiyasının namizədi Hillari Klintonla Respublikaçılar Partiyasının namizəd Donald Tramp mübarizə paracaq. Seçki məntəqələri yerli vaxtla axşam saat 7-8-də bağlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...