Saakaşvili ABŞ prezidenti Tramp barədə: “Onunla 20 ildən artıqdır ki, dostam”

Saakaşvili ABŞ prezidenti Tramp barədə:

Odessa qubernatoru vəzifəsindən istefa vermiş Mixail Saakaşvili yeni ABŞ prezidenti Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edib. Virtualaz.org xəbər verir ki. özünün “Facebook” səhifəsində Saakaşvili Trampla birgə fotoşəklini yerləşdirərək yazıb: “Onunla 20 ildən artıqdır ki, dostam. Bunu ehtiyatla öncədən deyirdim. Gözlənilməz siyasəti olan güclü şəxsiyyətdir. Biz ehtiyatlı olmalı və əvvəlkindən daha çox təşkilatlanmalıyıq”. Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...