Saakaşvili: “Ukrayna yox ola bilər”

Saakaşvili: “Ukrayna yox ola bilər”


Əgər hökumətin təklif etdiyi siyasət üzrə ölkə idarəsi davam etsə, Ukrayna öz mövcudluğuna son qoyacaq.

Axar.az xəbər verir ki, bunu “112 Ukrayna” televiziyasına müsahibəsində Odessanın eks-qubernatoru Mixail Saakaşvili söyləyib.

Saakaşvili bildirib ki, hazırkı dövlət kursu ölkənin iqtisadi göstəricilərinin artmasına imkan verməyəcək:

“Artıq Avropanın ən kasıb ölkəsi statusu daşıyan bir dövlətin təcili islahatlara ehtiyacı var. Əgər hökumətin vəd etdiyi ssenari üzrə biz inkişaf etsək, o zaman ən yaxşı halda 15 il sonra Yanukoviç dövrünün səviyyəsinə çata biləcəyik. Yox, əgər biz vəd edilmiş ssenaridən kənarda qalaraq indiki kimi templə inkişafa etsək, o zaman bir azdan Yer üzündə Ukrayna adında heç nə qalmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...