YAP-ın namizədlər siyahısı avqustda hazır olacaq

YAP-ın namizədlər siyahısı avqustda hazır olacaq


“Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yekun namizəd siyahısı avqust ayında bəlli olacaq”

Bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzovun sözlərinə görə, bəzi media orqanları gündəmdə qalmaq və sensasiya yaratmaq üçün müxtəlif şayiələr yayır: “Bunların hamısı yalandır. Biz partiyanın daxili işləri ilə bağlı heç bir məlumat, informasiya vermirik”.

YAP daxilində deputatlığa namizədlərin seçim prosesinin şəffaf olduğunu söyləyən Siyavuş Novruzov partiyada namizədlərin siyahısının şəxslərin vəzifəsinə və ya yaşına görə müəyyən edilmədiyini, bunu seçicilərin müəyyənləşdirəcəyini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...