İsgəndər Həmidov: “Deputatlığa namizədliyimi irəli sürəcəm”

İsgəndər Həmidov: “Deputatlığa namizədliyimi irəli sürəcəm”


“2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bunu Modern.az saytına Azərbaycanın keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının (Bozqurd) sədri İsgəndər Həmidov deyib. O bildirib ki, namizədliyini Kəlbəcər seçki dairəsindən irəli sürmək haqda düşünür. Eks-nazirin fikrincə, bu addımı ilə işğal altında olan Kəlbəcərdən gələn məcburi köçkünləri böyük sükutdan ayıltmaq istəyir.

“Buna görə də namizədliyimi irəli sürəcəyəm. Kəlbəcər seçki dairəsindən alınmasa, çalışcam ki, işğal altında olan digər bir rayondan deputatlığa namizəd olum”. İsgəndər Həmidov qeyd edib ki, namidəliyi qeydə alınarsa, qələbə qazanacağına inanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...