`İşğal olunan ərazilər Azərbaycana qaytarılmalıdır` - Uorlik

 `İşğal olunan ərazilər Azərbaycana qaytarılmalıdır` -


İşğal edilmiş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın `Vedemosti` qəzetinə müsahibəsində bildirib.

`Nizamlanmanın bir elementi və ya prinsipi üzərində dayanmaq lazım deyil. Ərazilər geri qaytarılmalıdır, ancaq digər faktorlar da var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq – Siz bir aspekti götürüb, onun nizamlanmanın əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh razılaşmasını tam şəkildə nəzərdən keçirməliyik`, - deyə diplomat qeyd edib.

Uorlikin sözlərinə görə, əldə olunan atəşkəs rejiminə tam şəkildə əməl olunur: `Bu bizdə narahatlıq doğurur. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi mümkündür`.

Azərbaycanın böyük həcmlərdə silah-sursat almasından danışan həmsədr qeyd edib ki, hər iki tərəf həm Ermənistan, həm də Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququna malikdir və bununla əlaqədar biz onların müxtəlif tədarükçülərdən silah alma ehtiyacı və cəhdlərini anlayırıq: `Xüsusilə Dağlıq Qarabağ təmas xətti, həmçinin Azərbaycan – Ermənistan sərhədi boyu hərbləşdirmənin güclənməsi narahatlıq doğurur. Bundan əlavə bizi hərbi balans məsələsi də narahat edir. Hər iki ölkə arasında toqquşmalar hələ də baş verir. Ona görə də biz hərbi güc nisbətinin bu və ya digər tərəfi bəzi üstünlüklərdən istifadə etməyə stimullaşdırmasını istəmirik`, – deyə Uorlik qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...