MHP AKP ilə koalisiya höküməti qurmaqdan rəsmən imtina etdi

MHP AKP ilə koalisiya höküməti qurmaqdan rəsmən imtina etdi


Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib.

APA-nın xəbərinə görə, bu gün MHP lideri Dövlət Bağçalı ilə görüş keçirən baş nazir, AKP lideri Əhməd Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb: “Bağçalı bizə hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirdi”. Qeyd edək ki, Ə. Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün MHP nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüş 1 saat 40 dəqiqə davam edib.

MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə növbəti danışıqlar keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...