Hacı İbrahim Vergilər Nazirliyini məhkəyə verdi

Hacı İbrahim Vergilər Nazirliyini məhkəyə verdi


“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı Şəhər Vergilər Departamentini məhkəməyə verib. “Report”un xəbərinə görə, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır. “Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli sayta açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...