Ərdoğan ailəsinə qarşı şok İŞİD iddiası
Suriyanın rəsmi xəbər agentliyi “SANA”-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın və qızı Süməyyə Ərdoğanın İŞİD terror təşkilatı ilə əlaqələrinin olması barədə iddialar irəli sürülüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat mərkəzi yayılan iddialara sərt reaksiya verib. Yayılan açıqlamada qeyd olunur ki, Türkiyə ilə İŞİD arasında əlaqələrin olduğunu göstərmək üçün prezidentin övladlarının da adı bu ittihamlarda yer alıb. Bu ittihamlar tamamilə yanlışdır. Bu cür iftiralarla mediada məlumat yaymaq prezidentə hücum niyyəti daşıyır və ölkəmizin imicini zədələməyi məqsəd alan bir siyasətdir. “Ərdoğanın qızı və oğlunu hədəf alan və əxlaqsızcasına ictimaiyyətə çatdırılan bu iddialar Türkiyəni qaralama kampaniyasının bir hissəsidir”.
Qeyd edək ki, sözügedən iddialarda İŞİD militanların Türkiyədə müalicə aldığı bildirilir. Qeyd edilir ki, R.T. Ərdoğanın qızı Süməyyə Ərdoğan İŞİD terrorçularını müalicə edir, oğlu Bilal Ərdoğan isə Suriyadakı terror təşkilatlarının köməkliyi ilə oradan neft və qaz alaraq Asiya ölkələrinə gizli şəkildə satır.
1205 dəfə oxundu