Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur Əhməd Davudoğlu

Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur


“Türkiyə İŞİD ilə qonşu olmaq istəmir”. Trend-in “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyənin məqsədi Suriyada İŞİD döyüşçülərindən azad edilmiş zonada bu ölkənin mötədil müxalifət qüvvələrini yerləşdirməkdir.

Baş nazir qeyd edib ki, İŞİD ilə bağlı Türkiyə və ABŞ-ın fikir ayrılığı olsa da, tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var. Ə.Davudoğlu bildirib ki, Türkiyə hazırda Suriya ərazisində İŞİD döyüşçülərinə qarşı quru əməliyyatların keçirilməsini nəzərdən keçirmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...