Lalə Şövkət deputatlığa namizəd olmayacaq

Lalə Şövkət deputatlığa namizəd olmayacaq


“Azərbaycan Liberal Partiyanın (ALP) noyabrda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı müzakirələr gedir” GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında partiya sədri Əvəz Temirxan bildirib.

O deyib ki, seçkiyə qatılmaqla bağlı məsələdə partiya daxilində ikitirəlik yaranıb: “Hazırda seçkiyə qatılıb-qatılmamaqla bağlı məsələ partiyada müzakirə olunur. Bəziləri seçkiyə qatılmağın tərəfdarı olsa da, bir qismi isə qatılmamağı məqbul sayırlar. Ancaq, hazırda müzakirələrimiz davam edir. Qeyd edim ki, seçkiyə qatılmaqda qərarlı deyilik. Yekun qərarımız seçkilər elan olunduqdan sonra veriləcək”.

Partiya lideri Lalə Şövkətin seçkidə iştirakı məsələsinə gəlincə isə Ə. Temirxan vurğulayıb ki, onun seçkidə iştirakını gözləmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...