Türkiyədən Obamaya sərt cavab - “Kimdənsə icazə almayacağıq”
Türkiyə keçmişdə olduğu kimi bundan sonra da terrora qarşı mübarizə aparacaq və lazım olan bütün tədbirləri görəcək.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib. O, ABŞ Prezidenti Barak Obamanın “Türkiyə əməliyyatları PKK-ya qarşı yox, İŞİD üzərinə fokuslaşdırmalıdır” başlığı ilə yayılan xəbərlərə münasibət bildirib:
“Dünən axşam xəbəri görən kimi dərhal mənbəsinə baxdım. Əslində xəbərin məzmunu ilə başlığı arasında hər hansı əlaqə yoxdur. Mətnin içində Obama açıq şəkildə Türkiyənin PKK-ya qarşı əməliyyatlarının qanuni haqqı olduğunu deyir. Görünür, Obamanın sözləri təhrif edilib. PKK hər şeydən əvvəl Türkiyə və ABŞ üçün terror təşkilatıdır. BMT baş katibi də daxil olmaqla, bir çox lider Türkiyənin PKK-ya qarşı əməliyyatlarında haqlı olduğunu bildirib. Türkiyə keçmişdə olduğu kimi bundan sonra da terrora qarşı mübarizə aparacaq və lazım olan bütün tədbirləri görəcək. Bu tədbirləri görərkən kimdənsə icazə almağımıza ehtiyac yoxdur”.
1224 dəfə oxundu