XİN-dən ABŞ Dövlət Departamedntinə Yunuslar xəbərdarlığı

XİN-dən ABŞ Dövlət Departamedntinə Yunuslar xəbərdarlığı


"Qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir"

"ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq".

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunus barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur. Lakin qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir. Azərbaycanda akkreditasiya olmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub. Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın “Charite” xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub", - deyə o vurğulayıb.

H. Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan Azərbaycan dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib. Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ da bu barədə məlumatlıdır: "Azərbaycanın konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, fundamental hüquq və azadlıqlar və qanunun aliliyinin təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...