AXCP-dən daha bir istefa

AXCP-dən daha bir istefa

AXCP-nin Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov təmsil olunduğu partiyadan istefa verməsi haqda bəyanat verib. Sabir Məmmədov AXCP sədri Əli Kərimlinin adına yazdığı ərizə-bəyanatın surətini musavat.com-a yollayıb. Ərizədə bildirilir:

"Mən AXCP-nin apardığı siyasətlə razılaşmıram. AXCP-nin sıralarında qalmağı özümə rəva bilmirəm. Ona görə də AXCP-nin sıralarından çıxmaq haqda bəyanat verirəm".

Sabir Məmmədov istefasının səbəbləri, AXCP-də baş verən proseslər haqda musavat.com-a açıqlama verib. Az sonra onunla müsahibəni oxuculara təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...