"Parlament seçkilərində bu sabitlik qorunub saxlanılacaq"
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün müşavirə keçirilir.
"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə. Daxili işlər naziri Ramil Usubovun müavini Oruc Zalov vurğulayıb ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik bundan sonra da qorunub saxlanılacaq: “Parlament seçkilərində bu sabitlik qorunub saxlanılacaq. Bu istiqamətdə də daxili işlər orqanlarında bir çox işlər həyata keçirilib.
Polis insan və vətəndaşların azadlıqlarına hörmət edir. Milli Məclisə seçkilər də qanun pozuntusunun qarşısının alınmasında daxili işlər orqanlarında xüsusi tədbirlər planı hazırlanıb. Həmin planda asayişin nümunəvi qorunması seçkinin gedişinə əsassız müdaxilənin qarşısının alınması və s kimi məsələlər nəzərdə tutulub. Seçki kampaniyası ərəfəsində, seçki günündə DSK və MSK komissiyalarının yerləşdiyi obyektlər nəzarətə götürüləcək.
Sentyabr ayından başlayaraq dairə seçki komissiyalarında treninqlər keçirəcəyik. Polis orqanları hər bir seçicinin və seçilənin hüquqlarını qorumağa borcludur. Seçki zamanı qanuna uyğun çağırışlar edilməlidir. Kimsə bunu pozmağa çalışarsa, polis bunun qarşısını qətiyyətlə alacaq”.
1104 dəfə oxundu