“Parlament seçkilərində də gənclərimiz fəal iştirak edəcək” - Seymur Orucov

“Parlament seçkilərində də gənclərimiz fəal iştirak edəcək” -


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ənənəvi olaraq müxtəlif sahələrlə əlaqədar layihələrini uğurla davam etdirməkdədir. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib. “YAP Gənclər Birliyi bu ilin ötən dövrü ərzində kifayət qədər layihələr, tədbirlər həyata keçirib” - deyən S.Orucovun sözlərinə görə, bu layihələr siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və. s istiqamətləri əhatə edir. O, həyata keçirdiyimiz layihələr cəmiyyətimiz, xüsusilə gənclərimiz tərəfindən dəstəklənir. “Eyni zamanda, təşkilatımızın fəal gəncləri Azərbaycan Prezidenti yanında Gənclər Fonduna layihələr təqdim edirlər. Sevindirici haldır ki, bu layihələrin əksəriyyəti dəstəklənir.

Həmin layihələr aktual məsələləri əhatə edir. Onu xüsusilə vurğulamaq istəyirəm ki, qarşıdan gələn parlament seçkilərində də gənclərimiz fəal iştirak edəcək. Biz bütün seçkilərdə müxtəlif layihələrlə çıxış edirik. Təbii ki, parlament seçkiləri kampaniyası dövründə də müəyyən layihələr həyata keçirməyi düşünürük. Seçki kampaniyasında aktiv iştirak etməklə partiya rəhbərliyinin etimadını doğrultmağa, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışacağıq”.

//Gün.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...