"Əli Kərimli istefa tələbinə əməl etməlidir" - Rafail Becanov

"Əli Kərimli istefa tələbinə əməl etməlidir" -


AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov AXCP daxilindəki vəziyyətlə bağlı açıqlama verib.

Avropa.info-ya daxil olan açıqlamada deyilir: “AXCP daxilində yaranmış bütün problemlərin səbəkarı Əli Kərimli olub. İstər ötən zamanlarda baş verənlərə, istər indi baş verənlərə görə məsuliyyəti o daşıyır. Nə vaxtsa bunun təkcə hüquqi deyil, həm də mənəvi cavabını verməli olacaq. Hazırda yaranmış vəziyyətin də səbəkarı Əli Kərimli, onun iddiaları, partiya üzvlərinə qarşı yönələn aqressiyasıdır. Onun yanlış siyasi taktikasına görə partiyada dramatik durum yaranıb. Partiyada aparılan siyasətə etiraz edənlər, gənclər boş yerə etimad qurultayının keçirilməsini tələb etmirlər. Amma hələki çıxış yolu var. Çıxış yolu Əli Kərimliyə və onun ətrafında olanlara etimadsızlıq göstərib Razi Nurullayevi dəstəkləyənləri nə şərləmək, nə də ki, əlində olan qəzetdə yalandan bu adamların partiya üzvü olmadığını yazdırmaq deyil. Eyni zamanda hakimiyyətdə, hökumətdə təmsil olunan ayrı-ayrı şəxslərə, “Yeni Müsavat”a və ya Rauf Arifoğluna böhtanlar atdırmaqla da vəziyyətin düzələcəyinə ümid edirlərsə, yanılırlar.

Əli Kərimli və onun ətrafı hesab edir ki, AXCP-də baş verənlərə görə hakimiyyəti şərləmək, partiyada yaranmış avtoritar duruma etiraz edənləri hakimiyyətə bağlamaqla vəziyyətdən çıxacaq və daha bir neçə müddət AXCP-ni inhisarında saxlayacaq . Ona görə də sağa-sola, kimə gəldi çamur atmaqla məşğuldur. Bu adam ölkənin siyasi həyatı üçün nə edib ki? Ölkədə demokratiyanın inkişafı üçün Rauf Arifoğlunun fəaliyyətinin mindən biri qədər əməyi yoxdur. Amma Rauf Arifoğluna qarşı ən çirkin kampaniyaya şəxsən rəhbərlik edir. Bu metodlar daha keçərli deyil. Xalq da, cəbhəçilər də onun yalanlarına daha inanası deyillər. Ən yaxşı çıxış yolu AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvlərinin tələblərini eşitmək və istefa verməkdir. Daha sonra birgə qurultayın keçirilməsidir. Əks halda, proses daha da dərinləşəcək. Böhtan, iftira onu və bir qrup tərəfdarını xilas etməyəcək. Heç xarici havadarları da bu dəfə ona istiqamət verə bilməyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...