Bakı, Ankara və Aşqabad Avropaya qaz nəqli üzrə səyləri birləşdirir

Bakı, Ankara və Aşqabad Avropaya qaz nəqli üzrə səyləri birləşdirir


Avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə həmin ölkələrin iştirakı ilə nəqliyyat və enerji layihələri diqqət mərkəzində olub. İclasın yekunlarına əsasən nazirlər birgə bəyannamə imzalayıblar və mətbuat konfransı keçiriblər. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, üçtərəfli əməkdaşlıq Türkmənistan və Azərbaycan qazının Türkiyə vasitəsilə nəqlinə yönəlib. Tərəflər öz ölkələrinin vahid nəqliyyat dəhlizinə çevrilməsi üçün onların potensialından istifadə etmək niyyətindədir. Bu məsələlərin həlli üçün tərəflər müxtəlif məsələlər üzrə üçtərəfli komissiya yaratmaq niyyətindədir. Bəyannamədə qeyd olunur ki, “Mərmərə” layihəsi (Bosforun altında tunel), Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Ələt (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) regionun inkişafına mühüm töhfə verir.

XİN rəhbərləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər. Nazirlər həmçinin oktyabrda Türkmənistanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlığı müzakirə ediblər. Görüş zamanı nəqliyyat və energetika sahəsində əməkdaşlıq haqqında üçtərəfli sənədin imzalanacağı gözlənilir.
Üç ölkə XİN rəhbərlərinin növbəti görüşü Azərbaycanda olacaq.-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...