ATƏT Azərbaycana 380 müşahidəçi göndərəcək

ATƏT Azərbaycana 380 müşahidəçi göndərəcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda 2015 noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı qiymətləndirmə missiyası hesabatını hazırlayıb.

ATƏT-in məlumatına görə, qiymətləndirmə missiyasının ilkin hesabatının məqsədi ənənəyə uyğun olaraq seçkiqabağı mühit və hazırlıq işləri, seçkiqabağı fəaliyyəti qiymətləndirmək idi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 qısamüddətli müşahidəçi göndərəcək. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...