Hicran Hüseynova: "Azərbaycanda zorakılıq halları azalıb"

Hicran Hüseynova: "Azərbaycanda zorakılıq halları azalıb"

"Əvvəllər zorakılıq halları olsa da, ictimailəşdirilmirdi. Bu gün isə texnologiyanın inkişaf etdiyi bir dövrdə zorakılıq halları sosial şəbəkələr və internet resursları vasitəsilə ictimailəşir deyə, bu kimi halların çoxaldığını düşünürlər. Amma bu, təbii ki, belə deyil".
Bunu "Report"a özəl açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Azərbaycanda zorakılığın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin tapşırıqlarına əsasən maarifləndirici tədbirlər keçirilməsi üçün monitorinq qrupları fəaliyyət göstərir. Komitə sədrinin sözlərinə görə, ötən il Azərbaycanda zorakılıq halları əvvəlki illərə nisbətən azalıb: "Bu monitorinq qrupları ilk növbəfə profilaktik tədbirlər həyata keçirir. Monitorinq qrupları bölgələrdə problemli ailələrin qeydiyyatını aparır. Biz buna görə də bölgələrdə maarifləndirimə işlərini davam etdiririk. Ümumtəhsil müəssisələrdə, hərbi hissələrdə və ali təhsil müəssisələrində bu tədbirləri həyata keçiririk. Biz bu işləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə aparırıq. Çünki zorakılıq bizi narahat edən əsas məsələlərdən biridir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...