Samir Şərifov Ankarada “G-20” ölkələrinin iclasında iştirak edir

Samir Şərifov Ankarada “G-20” ölkələrinin iclasında iştirak edir


Sentyabrın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində "Böyük İyirmiliyin" (G20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası öz işinə başlayıb. Virtualaz.org Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iki gün davam edəcək toplantıda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da iştirak edir.

G20 ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin G20 qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Bildirək ki, Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən “G-20”-nin builki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...