BMT-dən çağırış - 200 min qaçqını qəbul edin

BMT-dən çağırış - 200 min qaçqını qəbul edin


BMT Avropa İttifaqını Suriya, Əfqanıstan və İraq kimi münaqişə zonalarından qaçaraq sığınacaq axtaranları qəbul etməyə çağırıb.

APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Gutteresin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Avropa qaçqınları az-az hissələrlə qəbul etməklə, bu problemin qarşısını ala bilməz. Ali Komissar bunun üçün ilkin yol kimi 200 min insanın yerləşdirilməli olduğunu bildirib: “Heç bir ölkə qaçqınları təkbaşına qəbul etmək imkanına malik deyil, eyni zamanda heç bir ölkə bu işdəki rolundan imtina edə bilməz. 300 mindən çox insan bu il Aralıq dənizini keçməklə öz həyatlarını riskə atıb. 2600-ə yaxın insan, o cümlədən internetdə insanların ürəyini parçalayan fotosu paylaşılan Aylan bu təhlükəli səfərdən xilas ola bilməyib”.

Ali Komissar onu da əlavə edib ki, qaçqınları qəbul etmək yalnız Avropa İttifaqının bir neçə üzvünün öhdəliyi olmamalıdır: "Bu kütləvi axın həmin insanların bu vəziyyətə düşməsinin kökləri həll olunana qədər davam edəcək. Münaqişələrin qarşısını almaq və insanları evlərindən qaçmağa vadar edən müharibələri dayandırmaq üçün daha çox iş görülməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...