AXCP-də Əli Kərimlinin istefasını istəyənlərin sayı artır

AXCP-də Əli Kərimlinin istefasını istəyənlərin sayı artır


AXCP Ağstafa rayon şöbəsinin konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda AXCP-də yaranmış son durum müzakirə edilib. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma apardığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələlərə baxılıb. Maarif Salahov AXCP Ağstafa rayon şöbəsinin sədri seçilib. Kamal Verdiyev AXCP Ali Məclisinin üzvü, Yaşar Babayev, Aqşin Hüseynov və Fizuli Nəsibov isə Nəzarət Təftiş Komissiyasının üzvləri seçiliblər.

Sonda rayon şöbəsindən AXCP Etimad Qurultayına nümayəndələr seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...