"Diplomatın xəyanətinə XİN neyləsin?!"

"Diplomatın xəyanətinə XİN neyləsin?!"


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Xarici İşlər Nazirliyi sistemində baş verən proseslərə, o cümlədən Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində işləyən bir neçə diplomatın xaricdə sığınacaq almasına münasibət bildirib.


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında deyib ki, hər bir insan, xüsusilə də xaricdə fəaliyyət göstərən diplomatlar millətinə, dövlətinə sadiq olmalıdır: "Amma indi valideyn uşağına cavabdehlik daşıya bilmir, Xarici İşlər Nazirliyi hər bir işçisinin əməlinə görə necə cavabdehlik daşıya bilər?"

S.Novruzov qeyd edib ki, dövlət strukturlarında işləyən hansısa şəxsin əməlinə görə rəhbərlik məsuliyyət daşımır: "Bəzən görürsən ki, bunların da içindən dürüst olmayan adamlar çıxır. Elə bir aparat yoxdur ki, insanları ondan keçirəsən, qanında, canında olan xainliyi əvvəldən müəyyən edəsən. Bu baxımdan belə hallar bütün strukturlarda ola bilər. Belə məsələlərdə rəhbər şəxsin məsuliyyət daşıdığını demək düzgün olmaz".

YAP icra katibinin müavini vurgulayıb ki, bəzi qərəzli şəxslər, xüsusilə də bir neçə partiyanın sədri belə məsələləri şişirdirlər: "Amma həmin partiyalarda, təşkilatlarda da yolundan çıxan insanlar olur. Həmin şəxslərə görə partiya sədrləri məsuliyyət daşımadığı kimi, dövlət qurumlarının rəhbərləri də hər bir işçiyə görə məsuliyyət daşıya bilməzlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...