AŞPA-da Azərbaycanla bağlı müzakirə...

AŞPA-da Azərbaycanla bağlı müzakirə...


Ann Brassör, Martin Şultz və Yohannes Han Azərbaycanla bağlı müzakirələr aparıblar. AŞPA sədri Ann Brassör, Avropa Parlamentinin prezidenti Martin Şultz və Avropa İttifaqının Genişləndirmə və Qonşuluq Siyasəti Komissarı Yohannes Han Azərbaycanla bağlı müzakirələr aparıblar.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, görüş ötən gün keçirilib.

Görüşdə hər iki parlamentdən siyasi liderlər də iştirak edib. Ann Brassör görüş barədə açıqlama verərək bildirib ki, o, Yohannes Hanla və siyasi qrup liderləri ilə müzakirələrdə Ukrayna münaqişəsi, Rusiya ilə münasibətlər, Türkiyədə baş verən hadisələrlə bağlı narahatlıqlar və Azərbaycanla münasibətlərdə yaranmış problemlə bağlı danışıqlar aparıb: “Müxtəlif siyasi qruplardan olan siyasi liderlər ümumi həll yolunu tapmaq üçün müzakirələr və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Hökumətlər öz öhdəliklərinə əməl etməli və liderlik nümayiş etdirməlidirlər”.

Görüşün gündəliyində duran əsas müzakirə mövzusu isə Avropada qaçqın böhranı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...