"Əli Kərimlinin zəif tərəfləri var" - Sahib Kərimli

"Əli Kərimlinin zəif tərəfləri var" -


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Sahib Kərimli partiya sədrliyinə namizəd olacağını açıqlayıb.

APA-nın məlumatına görə, o, bu barədə özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, AXCP sədri Əli Kərimli güclü siyasətçi olsa da, zəif tərəfləri də var: “Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində, Əli bəylə yarışmaq istəyirəm".

S. Kərimli qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacağını deyib, partiya daxilində sədri tənqid etmə ənənəsinin məhz onun tərəfindən möhkəmləndirildiyini də bildirib: "Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Hörmətli sədri də onları himayə etdiyi, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm.

Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa, bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq”

Qeyd edək ki, AXCP-nin qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...