Seçkiləri “İRƏLİ” üzvləri müşahidə edecək

Seçkiləri “İRƏLİ” üzvləri müşahidə edecək


Milli Məclis seçkilərini “İRƏLİ” üzvləri aktiv şəkildə müşahidə edəcək.

"Qafqazinfo" xəbər verir ki, sədr Mrhəsən Seyidov bildirib ki, gənclər bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməli, həm siyasi,həm də digər sahədə tədbirlərin həyata keçirilməsində mühüm rol oynamalıdır: "Düşünürəm ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərin keçirilməsinə çox qısa bir vaxt kəsiyində gənclərin bu prosesdə aktiv iştirakının təmin olunması istiqamətində vacib tədbirlərdən biri də ilk dəfə səs vermə hüququ qazanmış gənclərlə iş prinsipidir.
Gənclər siyasətin uğurlu modelinin Azərbaycan öz nümunəsində artıq təsdiq etmişdir. Məhz bu səbəbdən gənclərin inkişaf strategiyasında ən vacib məsələlərdən biri də ilk dəfə səs verəcək gənclərin bu məsuliyyəti hiss edərək, azad seçki hüququndan, azad iştirakdan istifadə etmələridir. “İRƏLİ” İctimai Birliyinin aktiv üzvləri seçkilərdə müxtəlif məntəqələr üzrə müşahidəçi statusunda iştirak edəcəkdir.

Ölkəmizdə seçki sistemi təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. İlk dəfə səs verən gənclər səsvermədə daha aktiv iştirak etməli və öz hüquqlarından istifadə etməyi bacarmalıdırlar. “İRƏLİ” İctimai Birliyi və üzvləri Milli Məclis seçkilərini aktiv şəkildə müşahidə etməklə yanaşı, ilk dəfə səs verəcək gənclər üçün xüsusi təlimatlar hazırlanmışdır ki, bunlarda yaxın zamanda paytaxtla yanaşı region gəncləri üçün də təqdim olunacaqdır. İctimai-hüquqi bazaya əsaslanmış təqdimat gənclər üçün potensial seçki hüququndan aktiv istifadəyə yararlı olacaqdır.

Azərbaycan cənab Prezident İlham Əliyevin apardığı müstəqil siyasətlə bu seçki prosesini də uğurla yekunlaşdıracaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...