YAP-ın gənc namizədi İsa Qəmbərə meydan oxudu

YAP-ın gənc namizədi İsa Qəmbərə meydan oxudu


Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun bu dairədə əsas rəqibi YAP-ın gənc namizədi Bayram Aslanovdur. YAP-ın siyahısı açıqlandığı andan etibarən müxalifət YAP-ın gənc namizədinin gənc və təcrübəsiz olduğunu bəyan edərək seçkidə İsa Qəmbərin şanslarının yüksək oldunu bildirirlər. YAP-ın gənc namizəd isə əksini düşünür. Hesab edir ki, İsa Qəmbər ona güclü rəqib ola bilməz. B.Aslanov AzVision.az-a açıqlamasında deyib ki, müxalifətin namizədləri YAP-çılarla mübarizə aparmaq iqtidarında deyillər.

“Mənim 17 yaşım olsaydı, müxalifətin fikirlərinə haradasa haqq qazandırardım. Ancaq hesab edirəm ki, bu gün müxalifətin ən yaşlı namizədinin belə seçkidə hakim partiyanın namizədləri ilə rəqabət aparacaq gücü yoxdur. Ona görə də bu fikirlərə əhəmiyyət vermək lazım deyil. Mənim təcrübəsiz və gənc olduğum nəzərə alaraq belə fikirlərə düşürlərsə, bu, onların problemidir. Partiyamız namizəd olmamızı məsləhət bilibsə, deməli etimad göstərib. Məndə bu etimadı doğrultmağa çalışacam”.

“İsa Qəmbəri özünüzə rəqib görürsünüzmü?” sualına isə B. Aslanov belə cavab verib: “Ümumiyyətlə bu günki Azərbaycan müxalifətindən heç kimi iqtidar partiyasına rəqib görmürəm. O cümlədən İsa Qəmbəri də özümə rəqib görmürəm. Müxalifətçilər kimdir ki, bizə rəqib olsunlar. Onlar seçkidə uğur qazanmaq şanslarını çoxdan itiriblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...