Əli Kərimli yenidən AXCP-nin sədri oldu

Əli Kərimli yenidən AXCP-nin sədri oldu


Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimli növbəti dəfə sədr olub. APA-nın məlumatına görə, AXCP İdarə Heyətinin üzvü Sahib Kərimli çıxış edərək, namizədliyini geri götürüb. S. Kərimli çıxış edərək, sədrin məruzəsini qənaətbəxş hesab etmədiyini deyib: "Çünki biz illərlə mübarizə aparsaq da, hakimiyyətə gələ bilməmişik. Biz AXCP olaraq cəmiyyətə kadr təqdim edə bilmirik. Mənim mübarizəmə kölgə salmaq istədilər. Heç bir xəyanətdən söhbət gedə bilməz. Məni söyənlərə haqqımı halal edirəm. Gizli səsvermə keçirməliyik. Açıq səsvermə qurultay nümayəndələrinin iradəsinə müdaxilədir".

Bundan sonra qurultay nümayəndələri S.Kərimlinin çıxışına etiraz edərək, yerdən replikalar atmağa başlayıblar. S.Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb. O, növbəti qurultayda partiya sədrliyinə namizəd olacağını deyib. Əli Kərimlinin başqa alternativi olmayıb və o, sədr seçilib.

***
11:36

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçirilir. APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, qurultayın keçirilməsinə yetərsayın təmin olunduğunu bildirəndən sonra tədbir öz işinə başlayıb. 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb . Qeyd edək ki, qurultayda Milli Şuranın sədri Cəmil Həsənli iştirak edir. Müsavat və digər partiyalara dəvət göndərilməyib. Qeyd edək ki, partiyanın müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evində yer ayırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...