Avropa Birliyi Türkiyə ilə viza rejimini ləğv edə bilər

Avropa Birliyi Türkiyə ilə viza rejimini ləğv edə bilər

Avropa İttifaqı Türkiyə vətəndaşlarına vizasız giriş təqdim edə bilər. Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu qərar Ankara Brüsselin bir sıra şərtləri ilə razılaşdığı halda qəbul edilə bilər.

“Avropa İttifaqı Türkiyə vətəndaşları üçün vizasız giriş təmin edə bilər, bunun əvəzində isə Egey dənizinin şərq hissəsində yunanlar ilə türklərin müştərək patrul nəzarəti xidməti həyata keçirmələrini və Türkiyədə qaçqınların qəbulu və qeydiyyatı üzrə altı mərkəzin Avropa İttifaqı tərəfindən idarə edilməsini tələb edir”, - deyə diplomatik mənbə bildirib.

O qeyd edib ki, bu məsələ Aİ institutlarının rəhbərləri ilə, bazar ertəsi Belçikaya iki günlük səfərə başlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...