“Türkiyəni qorumaq üçün hərbi qüvvə göndərməyə hazırıq”

“Türkiyəni qorumaq üçün hərbi qüvvə göndərməyə hazırıq”


NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın Türkiyəni cənubdan (Suriya istiqaməti) gələn təhlükələrdən qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “NATO Türkiyə də daxil olmaqla, özünün bütün müttəfiqlərini qorumağa hazırdır və buna qadirdir”, - deyə Y. Stoltenberq bildirib. O, Rusiyanın Suriyada həyata keçirdiyi bombardmanların narahatlığa əsas yaratdığını söyləyib. Baş katib qeyd edib ki, NATO özünün müxtəlif nöqtələrə hərbi qüvvə göndərmək imkanını və qabiliyyətini artıq nümayiş etdirib: “Bu, cənub istiqamətinə, o cümlədən Türkiyəyə də aiddir, təbii ki, ehtiyac yaranarsa”.

Xatırladaq ki, oktyabrın 3-4-də Türkiyə hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən pozulması faktları ilə əlaqədar NATO fövqəladə toplantı keçirib və Rusiyanın ünvanına sərt bəyanat qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...