Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...