İranın əyalət başçıları Azərbaycana gəlir

İranın əyalət başçıları Azərbaycana gəlir


Noyabr ayında Gilan əyalәtinin başçısı Məhəmməd Əli Nəcəfi Azәrbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, tikintisi planlaşdırılan Rәşt-Astara dәmiryolu xәtti Gilan əyalətində yerləşir və bu baxımından cari səfərdə də həmin dəmiryol xəttinə dair məsələlər müzakirə olunacaq. Səfirin sözlərinə görə, oktyabrın 19-da İranın Şәrqi Azәrbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə də Azәrbaycana sәfәr edәcәk.

Diplomat deyib ki, İ.Cabbarzadə sәfәrin ilk günü Naxçıvanda olacaq, ayın 20 vә 21-dә isә Bakı vә Gәncәyә gedәcәk: "İki ölkә arasında әlaqәlәrin inkişafı vasitәlәrindәn biri dә sәrhәd rayonları arasında münasibәtlәrin genişlәndirilmәsidir. Şәrqi Azәrbaycan əyalәtinin dә bu baxımdan böyük potensialı var". M.Pakayin deyib ki, dekabrın 3-cü ongünlüyündә İranda iki ölkə arasında hökumәtlәrarası komissiyanın iclası keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1051 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...