Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu


Klassik Xalq Cəbhəsi Partiyası parlament seçkilərində namizədliyi qeydə alınmayan üzvlərin müraciəti ilə bağlı qərar çıxarıb.

“Müşavirədə qərara alınıb ki, namizədliyi qeydə alınmayan və şikayətləri Mərkəzi Seçki Komissiyaları tərəfindən təmin edilməyən cəbhəçilər məhkəməyə müraciət etsin və bu proses lazım gələrsə Avropa İnsan Haqları Məhkəməsinə qədər davam etdirilsin”.

Bu açıqlamanı Cebhe.info-ya KXCP sədrinin müavini Xəzər Teyyublu verib. Onun sözlərinə görə, seçkilərdə KXCP-nin irəli sürdüyü 35 namizəddən 12-i qeydə alınıb. 23 nəfər isə hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etməli olub. Xatırladaq ki, namizədliyi qeydə alınmayanlar arasında KXCP sədri Mirmahmud Mirəlioğlu da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...