Məzahir Pənahov Türk PA nümayəndələri ilə görüşdü

Məzahir Pənahov Türk PA nümayəndələri ilə görüşdü


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüş keçirib.

GUNDEMİNFO.AZ yazır ki, Mərkəzi Seçki Komissiyasında nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq seçki praktikasının təkmilləşməsində hər zaman mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müxtəlif beynəlxalq təşkilatlar və xarici qurumlarla sıx münasibətlərinin ölkədəki seçki sisteminin və proseslərin hazırkı inkişaf səviyyəsinə çatmasındakı rolu inkaredilməzdir”, - deyə MSK sədri qeyd edib.


Beynəlxalq müşahidə missiyasının üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib və Azərbaycan Respublikasının seçki sistemi və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və gerçəkləşdirilmiş genişmiqyaslı layihələr barədə hərtərəfli məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...