Rəsmi Moskva ATƏT DTİHB-da yoxlama aparılmasını tələb edir

Rəsmi Moskva ATƏT DTİHB-da yoxlama aparılmasını tələb edir


Rəsmi Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinin auditinin aparılmasının vacib olduğunu bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. O qeyd edib ki, ATƏT-i idarə edən orqanların DTİHB-nin fəaliyyətinə nəzarət etməsinə ehtiyac var: “Ona görə də bu qurumun auditi məsələsi çox məntiqlidir. Bilmək istəyirik ki, pullar necə və hansı layihələrə yönəldilir? Könülü yardımlar haradan edilir? Onlar hansı sifarişlərə gedirlər? Bu tamamilə ədalətli tələbdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...