"Arif Yunus anti-milli düşüncə sahibidir" - Siyavuş Novruzov
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Sülh və Demokratiya İnstitutun həbsdə olan sədri Leyla Yunusun həyat yoldaşı Arif Yunusun ev dustaqlığına buraxılmasına münasibət bildirib.
Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov AzVision.az-a açıqlamasında deyib ki, A. Yunusun ev dustaqlığına buraxılması səhhəti ilə bağlı olan məsələdir. YAP icra katibinin müavini vurğulayıb ki, bu addım Azərbaycan qanunlarının, məhkəmə hüquq sisteminin humanistliyinin bir nümunəsidir.
A. Yunusun “MTN-in təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdır. Onlar o cür yerlərdə Allah yolu naminə əzab çəkdiklərini düşünürlər. Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim" fikirlərinə münasibətində isə S. Novruzov bildirib ki, bu hal onun anti-dövlət düşüncəyə sahib olmasını göstərir: “Bu fikirlər onun dindarlara, ev dustaqlığına buraxılması isə hüquq mühafizə orqanlarının ona münasibətidir. Hər kəsin öz mövqeyi ictimaiyyətə maraqlıdır. İctimaiyyət isə bilir ki, Leyla və Arif Yunuslar nə qədər anti-dövlət, anti-milli düşüncəyə sahibdirlər”.
1020 dəfə oxundu