Milli Məclisə seçkilərdə siyasi partiyalar 81 yer qazanıb

Milli Məclisə seçkilərdə siyasi partiyalar 81 yer qazanıb


APA-nın məlumatına görə, seçkilərdə Yeni Azərbaycan Partiyası 69, Vətəndaş Həmrəyliyi Partiyası 2, Ana Vətən Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Azərbaycan Sosial Demokrat Partiyası 1, Vəhdət Partiyası 1, Milli Dövlətçilik Hərəkatı Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1 yer qazanıb.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də partiya mənsubiyyətini göstərməklə öz təşəbbüsü ilə seçkilərdə iştirak edib və deputat mandatı qazanıb. Başqa sözlə, builki parlament seçkilərində partiyalar 81 deputat mandatına sahib olub. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı 43 nəfərdir. Seçkilərin nəticələrinin ləğv olunduğu 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd olmuş Çingiz Əsədullayev də bitərəf namizəd olub.

Qeyd edək ki, 2010-cu ildə IV çağırış Milli Məclisə keçirilən seçkilərdə partiyalar 83 yer (Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer) qazanmışdı. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı 42 nəfər idi.

Beləliklə, Ümid və Ədalət partiyaları parlamentdə təmsilçilikdən məhrum olub, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Sosial Demokrat partiyaları parlamentdə təmsil olunmaq hüququ qazanıb.

Bu seçkilərdə deputat mandatı qazananların 1-i orta ixtisas (Zeynəb Xanlarova), 123 ali təhsillidir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...