“ADR rəhbərliyi Müsavata qarşı fəaliyyətdən başqa heç bir iş görmür” Mustafa Hacıbəyli

“ADR rəhbərliyi Müsavata qarşı fəaliyyətdən başqa heç bir iş görmür”


“Qubad İbadoğlu əvvəldən bəyan etmişdi ki, ADR-in yaradılmasında məqsəd Müsavatla mübarizə aparmaq deyil. Ancaq görünən odur ki, ADR rəhbərliyi Müsavata qarşı fəaliyyətdən başqa heç bir iş görmür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli deyib.

O bildirib ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirdiyi qurultayla bağlı məhkəməyə verilməsinin heç bir hüquqi əsası yoxdur. M. Hacıbəyli bu məsələdə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını ittiham edib: “Onların qurultayın nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciətləri də dediklərimizə sübutdur. Qurultaydan bir il iki ay keçib. Qurultayın nəticələri Ədliyyə Nazirliyində təsdiq olunub. Ancaq Razi Nurullayevlə bağlı məlum qərardan sonra bu adamların da məhkəməyə iddia irəli sürməsi Müsavata qarşı təzyiqlərin dayandırılmadığından xəbər verir. Bu iddianın məhkəmədə icraata götürülməsi də təəccüblüdür”.

M. Hacıbəyli qeyd edib ki, Müsavat Partiyasının hüquqşünası məhkəmə prosesində iştirak edəcək və iddianın əsassız olmasını dəlillərlə sübut edəcək. Q. İbadoğlu isə məhkəmə məsələsində ADR-in adının hallandırılmasına etiraz edib və hərəkat rəhbərliyinin bu işdə heç bir rolu olmadığını vurğulayıb. Xatırladaq ki, Müsavat Partiyasının qurultayından narazı qalan partiyanın bir qrup sabiq üzvü Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar qurultayın nəticələrinin ləğv olunmasını tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...