Parlamentin komitə sədrlərinin müavinləri də məlum oldu - ADLAR

Parlamentin komitə sədrlərinin müavinləri də məlum oldu -


Parlamentin bugünkü iclasında Milli Məclisin komitə sədrlərinin müavinləri təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı MM-in plenar iclasına daxil olan qanun layihəsində göstərilir ki, Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Aydın Mirzəzadə Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin, Eldar Quliyev Aqrar siyasət komitəsinin, Fəttah Heydərov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Yevda Abramov İnsan hüquqları komitəsinin, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yenidən sədr müavinləri kimi təsdiqləniblər.

Bununla yanaşı, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Rauf Əliyev Əmək və sosial siyasət komitəsinin, Jalə Əliyeva Mədəniyyət komitəsinin, Musa Quliyev Səhiyyə komitəsinin, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar komitəsinin, Ülvi Quliyev isə Gənclər və idman komitəsinin yeni sədr müavinləri seçiliblər.

Qeyd edək ki, J. Əliyeva Mədəniyyət komitəsində sədr müavini kimi Rafael Hüseynovu əvəzləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...