Əfv Komissiyası bu gün yeni iclasa toplaşdı

Əfv Komissiyası bu gün yeni iclasa toplaşdı


Bir qədər öncə Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşıb. Modern.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlər və bununla əlaqədar digər məsələlər müzakirə olunur. Komissiya üzvlərinin sayta verdiyi məlumata görə, bu, qurumun son bir neçə gündə keçirdiyi dalbadal 3-cü iclasdır. İclaslarda müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq .

O da bildirilib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...