Avropa Azərbaycanla viza rejimini ləğv edə bilərmi?

Avropa Azərbaycanla viza rejimini ləğv edə bilərmi?


Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edib. Bununla bağlı dünən Aİ bəyanat verib. Bəyanatda Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimə keçmək üçün bütün lazımi tələbləri yerinə yetirildiyi bildirilib. Bəs Azərbaycanın Avropa İttifaqı ilə viza rejimini ləğv etməsi məsələsi nə dərəcədə aktualdır?

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov aznews.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan bu istiqamətdə danışıqlar aparır: "Azərbaycan bu barədə müzakirələrə başlayıb. Hazırda danışıqlar gedir. Amma bu danışıqlar necə nəticələnəcək, onu demək çətindir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə isə aznews.az-a açıqlamasında hazırda bu məsələnin Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında müzakirə obyekti olmadığını bildirib: "Lakin Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi ilə bağlı saziş qüvvədədir. Bu saziş 2014-cü ilin sentyabrın 1-dən qüvvəyə minib. Bu saziş əsasında qarşılıqlı şəkildə Azərbaycan Respublikası tərəfindən Şengen zonasına daxil olan ölkələrin vətəndaşları üçün vizaların sadələşdirilməsi və qarşılıqlı olaraq da Avropa İttifaqının Şengen zonası tərəfindən Azərbaycan vətəndaşlarının vizasının sadələşdirilməsi nəzərdə tutulub. Bura bir qrup insan daxildir. O cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları, idmançılar, qeyri-hökumət təşkilatlarının üzvləri daxildir. Bu da qarşılıqlı şəkildə insanlarla təmaslara xidmət göstərir. Bu, vizaların verilməsinin müddətinə, vizaların əldə edilməsi rüsumuna da təsir edir. Onu da bildirək ki, vizaların rüsumu da azaldılıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...