Dilqəmin səhhəti pisləşib - Şuşadan dəhşətli məktub

Dilqəmin səhhəti pisləşib -


Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun səhhəti pisləşib. Bunu AzVision.az-a açıqlamasında D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Bir nəçə gün öncə atasından məktub aldığını deyən K.Əsgərov bildirib ki, atası məktubunda çox dəhşətli məqamlara işarə edib:

“Məni əsas narahat edən atamın sağlamlığıdır. Məktubda atam bəzi ciddi məqamlara toxunub. Beynəlxalq Qızıl Xaç Komitəsinə bildirdik ki, atamın səhhətində ciddi problemləri var. Amma cavab verən olmadı. Onlar heç bir işlə məşğul olmurlar. Mən atama yazmışdım ki, səhhətində nə problemin var, o isə mənə cavab yazıb ki, başım və ürəyim hələ sağdır. Görün atam necə vəziyyətdədir ki, yazır ki, ürəyi və başı salamatdır. Görüş zamanı atama 500 manatlıq paltar alıb göndərmişdim. Atam isə yazıb ki, ay oğlul o göndərdiyin paltarın cibinə bir konfet də qoyub göndərə bilmirdin?

Mən yüz fazi bilirəm ki, atama yemək vermirlər, atam ac qalır. Məktubda atam ərzaq göndərilməsini istəyib. Ona yemək vermirlər. O yazıb ki, bu ərzaq siyahısını Beynəlxalq Qızıl Xaç Komitəsinə ver və de ki, mənə bu ərzaqları versinlər. Atama görə çox narahatıq”

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...