AZAL təyyarəsinin qəza təhqiqatı dekabrda yekunlaşacaq

AZAL təyyarəsinin qəza təhqiqatı dekabrda yekunlaşacaq
Qazaxıstan hakimiyyəti Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri 2025-ci ilin dekabrına kimi açıqlanacağını bildirib.

"Gundeminfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ICAO-nun tövsiyə etdiyi tələblərə və standartlara uyğun olaraq, araşdırma 1 il davam edir.

“Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat tamamlanmalıdır”, – Lastayev qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayıb. /unikal



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...