Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət – 4-ü eyni ildə yaradılıb

  Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət –
Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqəsinin daha bir qalibi müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi 3-4-cü siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub.
Qeyd edək ki, 3-4-cü siniflər üzrə dərsliklərin çapını “Tuna” QSC (VÖEN - 1700294531) həyata keçirəcək.
Nazirlik dərslik çapı üçün “Tuna” QSC-yə 648 min 998 manat ödəyəcək.
Onu da bildirək ki, nazirlik daha əvvəl 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC-yə (VÖEN - 1300069061), 5-6-cı siniflər üzrə dərsliklərin çapını “Təhsil” Nəşriyyat Poliqrafiya MMC-yə (VÖEN – 1300379491), 7-9-cu siniflər üzrə dərsliklərin çapını “Şərq-Qərb” ASC-yə (VÖEN - 2000043631), 10-11-ci siniflər üzrə dərsliklərin çapını isə “İndiqo” MMC-yə (VÖEN - 1400595071) həvalə edib.
Tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ, həmçinin şirkətlər haqqında məlumatlar aşağıdakı kimidir:
- “Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik);
“Çaşıoğlu Elm-İstehsalat” MMC 24 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 min 980 manat olan MMC Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 18A, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur.

- “Təhsil” Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik);
“Təhsil” Nəşriyyat Poliqrafiya MMC 10 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 204 min 401 manat olan MMC Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 121 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Tural Bəhruz oğludur.

- “Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik);
“Şərq-Qərb” ASC 24 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Xətai rayonu, Aşıq Ələsgər ev 178 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.

- “Tuna” QSC – 394 050 ədəd (bir ədəd dərslik 1 manat 65 qəpik);
“Tuna” QSC 17 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 19 min 900 manat olan QSC Səbail rayonu, Üzeyir Hacıbəyov ev 21, m. 3 ünvanında yerləşir. QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.

- “İndiqo” MMC – 397 900 ədəd (bir ədəd dərslik 1 manat 93 qəpik);
“İndiqo” MMC 8 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC Səbail rayonu, Akademik Əhəd Yaqubov ev 2, 1-ci dalan ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Aslanbəyli Səbuhi Əli oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...