“İrşad”ın 450 manat qızıl zəmanət ödənilən məhsulu yenə xarab çıxdı…

“İrşad”ın 450 manat qızıl zəmanət ödənilən məhsulu yenə xarab çıxdı…
“İrşad Elektroniks”dən elektronik məhsullar alan müştəri peşman olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətçi Günay Sadıqova-Süleymanova məlumat paylaşıb. O bildirib ki, aldığı məhsul heç 4 ay keçməmiş xarab olub:

“Şikayətim “İrşad Elektroniks”dəndir. Aprel ayında iPhone 16 pro max və “Fakir” markasının ketlini götürdüm. Götürərkən 450 AZN qızıl zəmanətə ödəniş etmişəm. Avqust ayında ketl xarab oldu və “İrşad”da servisə verdim. Verərkən 2-14 gün ərzində mesaj gələcəyi bildirildi.
14 gün keçdi, heç bir xəbər yoxdur. “İrşad”a zəng etdim, dedilər biz ketli 45 gün ərzində təmir edib veririk. 6 ay olmadan məhsul əgər xarab olursa və bunun təmiri də 45 gün çəkirsə, ki, bu da hələ sual altındadır, o zaman mən 450 AZN qızıl zəmanəti bəzək üçün almışam?”.

Vətəndaşın ictimailəşdirdiyi şikayətlə bağlı “İrşad Elektroniks”dən bildirilib ki, məsələ barədə məlumat veriləcək.


“İrşad”ın 450 manat qızıl zəmanət ödənilən məhsulu yenə xarab çıxdı…
“İrşad”ın 450 manat qızıl zəmanət ödənilən məhsulu yenə xarab çıxdı…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...